21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununa çıxıb.
Corner.az xəbər verir ki, Milan Obradoviçin komandası bu dəfə Özbəkistandan olan həmyaşıdları ilə qarşılaşıb.
Azərbaycan futbolçuları bu oyunda minimal hesabla uduzublar.
Azərbaycanın U-21 millisi turnir çərçivəsində ilk oyunda Ukrayna yığmasını 1:0 hesabıyla məğlub etmişdi.
Valeri Lobanovskinin xatirə turniri
27 may
Azərbaycan - Özbəkistan 0:1
Qol: J.Jaloliddinov, 75.