- Milli komanda
- 14:00 14.11.2024
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi sabah Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Minskdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
“10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. Çalışırıq bu az vaxtda maksimumu edək. Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməiyik.
Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyükhesablı məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır.
Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Emil Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə buarada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.
Qeyd edək ki, iyunun 2-də Minskdəki “Dinamo” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.