- Milli komanda
- 14:00 14.11.2024
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov sabah Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün Minskdə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mənim üçün hər oyun əlavə stimuldur. Həmişə milli komanda üçün meydanda ən yaxşısını etməyə çalışıram. Bütün azarkeşlər komandadan yaxşı nəticə gözləyir. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Türkiyəyə vurduğum qol da yaxşı alındı. Amma hər oyunda komandaya kömək etmək istəyirəm. Hər oyun digərindən fərqlənir. Türkiyə yığması hücum futbolu oynayır. Bizdən daha yaxşı komandadır. Belarus isə gənc kollektivdir. Onlarda çoxlu istək olacaq və özlərini göstərmək istəyəcəklər. Hər şey bizim oyunumuzdan asılıdır. Türkiyə ilə matçdakı kimi oynasaq, bizim üçün daha yaxşı olacaq. Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq. Daha diqqətli olmalıyıq, çünki Türkiyə ilə matçda yaxşı oynasaq da, 1:2 hesabı ilə uduzduq. Qolları standart vəziyyətlərdən qapımızda gördük”.
Qeyd edək ki, iyunun 2-də Minskdəki “Dinamo” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.