5 dekabr 2025. Cümə

Millimiz Moldova üzərində qələbəni əldən verdi


Millimiz Moldova üzərində qələbəni əldən verdi

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, Elxan Abdullayevin çalışdırdığı komandamız moldovalı həmyaşıdları ilə qarşılaşıb.

Moldovadan olan hakimlərin idarə etdiyi oyunda hesabı Azərbaycan millisi açıb. 26-cı dəqiqədə Xəyal Əliyev rəqib qapısına yol tapıb. Lakin komandamız bu üstünlüyü 84-cü dəqiqədə əldən verib. Beləcə, tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

Bu komandalar arasında iyunun 6-da daha bir oyun keçiriləcək. Millimiz bundan öncəki sınaq matçında Belarusla səfərdə qolsuz heç-heçəyə razılaşmışdı







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu