5 may 2026. Çərşənbə axşamı

Yığmamız Moldovadan məğlub qayıdır


Yığmamız Moldovadan məğlub qayıdır
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Corner.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığmasıyla üz-üzə gəlib.
 
Kişinyovda keçirilən oyunda meydan sahibləri minimal hesabla qalib gəlib. Komandamız ən azı bərabərlik qolu üçün çox çalışmasına baxmayaraq, məğlubiyyətdən xilas ola bilməyib.
 
Yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlmişdi.
 
Yoxlama oyunu
6 iyun
 
Moldova - Azərbaycan 1:0
Qol: V.Damaşkan, 8.
Kişinyov. “Zimbru” stadionu. Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya).






Milli komanda