5 dekabr 2025. Cümə

Daha çox inkişaf etməliyik - De Byazi


Daha çox inkişaf etməliyik  - De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Səfərdə 3 yoxlama matçı keçirdik. İkisində uduzub, birində qalib gəldik. Bu gün standart vəziyyətdən qol buraxdıq. Erkən qol planlarımızı pozdu. Amma sonadək mübarizə apardıq. Futbolçularımız yorğun idi. Gücümüz az qalmışdı. Bu matçdan çox şey öyrənə bilərik. Bizim üçün yaxşı təcrübə oldu.

Belarusla matçda 6 dəyişiklik etdik. Ondan sonra oyunun keyfiyyəti qalxdı. Bu gün isə alınmadı, nəticə qazana bilmədik. Halbuki kifayət qədə epizodlarımız oldu. Keyfiyyət çatmadı. Düşünürəm ki, daha çox inkişaf etməliyik.

Bədavi Hüseynovun durumuna gəlincə, dizində zədəsi var. Amma zədəsinin nə dərəcədə ağır olduğu dəqiq bilinmir. Bir az da gözləmiliyik”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu