5 dekabr 2025. Cümə

Uels daha çox risk edirdi - Petkoviç


Uels daha çox risk edirdi - Petkoviç

Futbol üzrə İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Hesabı açsaq da, bunun davamını gətirə, şanslardan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi. Uels yığması çox keyfiyyətli komandadır. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq. Artıq İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu