21 noyabr 2024. Cümə axşamı

"Səbail"in qapıçısı: "Neftçi"nin çempion olmasını istərdim"


"Səbail"in qapıçısı: "Neftçi"nin çempion olmasını istərdim"

 "Qalib gəldiyimiz üçün hamımız razıyıq. Ağır oyun oldu. Başa düşürdük ki, rəqib matçın favoriti idi. Ancaq favorit görüşdən əvvəl olur. Hamı meydana girəndə hesab 0:0, şərtlər də eyni olur. Bu gün yaxşı müdafiə olunduq, oyunumuzu əks-hücumlardan quraraq qələbə qazandıq".

Corner.az-ın "Report"a istinadən məlumatına görə, bunu "Səbail"in qapıçısı Aleksandr Rıbka Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Ukraynalı qolkiper digər sualları da cavablandırıb...

Matçdan əvvəl də qələbə qazanacağınızı düşünürdünüz?

- Bir daha təkrar edirəm, oyun başlayanda hesab 0:0 olur və ondan sonra hər şey gözləmək olar. Ukraynada kiçik komandada oynadığım zaman iki dəfə "Şaxtyor"a qalib gəlmişik. Həmçinin "Dinamo" ilə bir dəfə heç-heçə edib, bir dəfə də qələbə qazanmışıq. Bizim kimi kiçik komandalar inkişaf edir. Bu cür xallar bizim üçün çox dəyərlidi.

Oyundan sonra "Neftçi" azarkeşləri ilə aranızda problemin yaranmışdı...

- Onlar mənə tüpürdülər, təhqir etdilər. Mənim heç bir problemim yoxdur.

Onlara əllə hesabı göstərirdiniz?

- Xeyr, belə bir şey etmədim.

"Səbail" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksiniz?

- Bizim öz hədəflərimiz var. Gəlin, xalları mövsümün sonunda hesablayaq. Biz hər zaman qarşıdakı oyuna hazırlaşırıq. Hər şey mövsümün sonunda bilinəcək. Məqsədimiz hər oyunda müsbət nəticə əldə etməkdir. Növbəti matçda da qələbə qazanmağa çalışacağıq.

Ukrayna yığmasında və Kiyev "Dinamo"sunda oynamısınız. Təcrübəli futbolçu kimi, Azərbaycan çempionatında özünüzü necə hiss edirsiniz?

- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Bəlkə də, bu, təcrübəmdən qaynaqlanır. Yaxşı çempionatdır. Açığı, bura gələnə qədər Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.

Oyunlara çox az azarkeşin gəlməsi sizi həvəsdən salmır?

- Nə deyəcəyimi bilmirəm. Çox istərdim ki, oyunlarda stadionun heç olmasa, yarısı dolsun. Amma bu, bizdən asılı deyil. İnsanlar futbolu sevirlərsə, gəlirlər, onlara maraqlı deyilsə... Bizim işimiz meydana çıxıb yaxşı nəticə qazanmaqdır.

"Neftçi" ilə "Qarabağ" arasında çempionluq mübarizəsi gedir. Hansı komandanı şanslı sayırsınız?

- "Neftçi"də dostum Kiril Petrov çıxış edir. Bu üzdən "Neftçi"nin çempion olmasını istərdim.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi