- Milli komanda
- 14:00 14.11.2024
"Yığmada gördüyümüz əsas iş yerli mentaliteti qorumaqla məşqçi zehniyyətini buraya gətirməkdir".
Corner.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya ölkəsinin mətbuatına açıqlamasında deyib.
Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, ölkə futbolunu inkişaf etdirmək istəyirlər: "Amma ortaya müəyyən çətinliklər çıxır. "Azərbaycan müsəlman ölkəsi olduğundan futbolçular Ramazan ayında oruc tuturlar. Bu isə əlavə problem yaradır. Düzdür, klublar özləri vəziyyətə nəzarət edirlər. Amma biz də bəzi məqamları diqqətdə saxlamalıyıq. Məsələn, gün batanadək su içmirlər. Bu isə risk deməkdir. Digər tərəfdən, dil problemi var. Biz ingiliscə danışırıq. Çoxu bu dili bilmədiyi üçün tərcüməçidən istifadə edirik".
42 yaşlı məşqçi Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsinə də toxunub. O, çempionatda cəmi 8 komandanın mübarizə apardığını söyləyib: "Klublar mövsüm ərzində 4 dəfə üz-üzə gəlirlər. Biz də sayın artırılması üzərində işləyirik. De Byazi hazırda orada yaşayır və hər gün klubları izləyir. O, yığmaya öz fəlsəfəsini gətirir".
Skayya Azərbaycanda futbolun inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb: "Avropa çempionatının Bakıdakı oyunlarının keçirildiyi stadiona baxın. Azərbaycan böyüyən, zəngin ölkədir. Bakı isə müasir şəhərdir. Orada özünüzü yaxşı hiss edirsiniz".
İtaliyalı mütəxəssis Portuqaliya ilə DÇ-2022-nin seçmə mərhələ oyunun İtaliyanın Turin şəhərində keçirilməsinə də aydınlıq gətirib: "Əslinddə Lissabonda oynamalı idik, lakin pandemiya səbəbindən mümkün olmadı. Kriştianu Ronaldonun sayəsində görüş Turinə salındı. Onu yanında görmək böyük emosiya idi. Amma Ronaldonu zərəsizləşdirə bildik. Bizə qol vura bilmədi. Təəssüf ki, avtoqolla uduzduq".