23 noyabr 2024. Şənbə

Ukraynada oynayan futbolçu millimizdən imtina etdi


Ukraynada oynayan futbolçu millimizdən imtina etdi

Ukraynanın "Kremen" komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib.

Corner.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Samir Əliyev məlumat verib. 42 yaşlı mütəxəssis bildirib ki, 19 yaşlı yarımmüdafiəçinin ailəsi və özü ilə bir neçə dəfə danışıq aparılsa da, nəticə müsbət olmayıb: "Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də olub. Bir və ya iki toplanışda iştirak edib. 2019-2020-ci illərdə onun özü ilə əlaqə saxlamışıq. Hətta AFFA rəsmiləri Kiyevdə futbolçunun valideynləri ilə görüşüb. Lakin Tuqay Azərbaycan millisində oynamaq istəməyib. Valideynləri də buna qarşı olublar".

Baş məşqçi Əliyevin limit məsələsinə görə təklifi qəbul etmədiyini söyləyib: "Tuqay Azərbaycan vətəndaşlığını qəbul etsə, Ukraynada legioner sayılacaq. O, məhz bu amilə görə gəlmədi".

Qeyd edək ki, Ukraynada daha əvvəl Donetsk "Şaxtyor"u və "Mariupol"un formasını geyinmiş Tuqay Əlizadə hazırda II liqada mübarizə aparan "Kremen" klubununun heyətində yeni mövsümə hazırlaşır.(report)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi