21 mart 2026. Şənbə

FİFA Ozobiç'in millimizdə oynamağına icazə verdi


FİFA Ozobiç'in millimizdə oynamağına icazə verdi

Hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FİFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Corner.az xəbər verir ki, bununla bağlı bu gün FİFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, 30 yaşlı Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.







Milli komanda