23 noyabr 2024. Şənbə

Səbirsizliklə Azərbaycan millisinə dəvəti gözləyəcəyəm


Səbirsizliklə Azərbaycan millisinə dəvəti gözləyəcəyəm

"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək."

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında Avstriyada davam edən təlim-məşq toplanışı barədə danışarkən deyib.

Xorvatiyalı futbolçu tam hazır olmaq üçün zamana ehtiyaclarının olduğunu söyləyib: Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq".

30 yaşlı oyunçu FIFA-nın onun Azərbaycan millisində oynamasına icazə verməsinə də münasibət bildirib: "Dünən eşitdim ki, FIFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi