21 mart 2026. Şənbə

Azərbaycan yığması Gürcüstana uduzdu


Azərbaycan yığması Gürcüstana uduzdu
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Corner.az xəbər verir ki, yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.
 
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qollarını Vüsal Əliyevlə Mahmud Ağayev qeyd edib.
 
Yoxlama oyunu
3 avqust
 
Azərbaycan – Gürcüstan 2:3
Qollar: Vüsal Əliyev, 74. Mahmud Ağayev, 90 - Georgi Kvernadze, 38. Geqi Gequçadze, 44. Gizo Mamageişvili, 60.






Milli komanda