23 noyabr 2024. Şənbə

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi


UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Avrokuboklarda III təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Corner.az-ın məlumatına görə, Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci, Polşa isə (13,500) 30-cu yerdədir. "Neftçi"nin Bakıda Finlandiya HİK-i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında 2:2 hesablı heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb.

İndiyədək "ağ-qaralar" 0,650 xal, "Qarabağ" 0,350 xal, "Sumqayıt" isə 0,125 xal əldə edib. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.125 xala çatıb. Bunlardan yalnız "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırıb. Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya "Soçi"sinə hər iki görüşdə uduzan (0:3, 2:4) "Keşlə" reytinq xalı qazana bilməyib.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" avqustun 5-də Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunununda Kiprin AEL klubunun qonağı olacaq.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi