5 dekabr 2025. Cümə

Xorvatiyalı mütəxəssis Azərbaycan millisindən təklif alıb


Xorvatiyalı mütəxəssis Azərbaycan millisindən təklif alıb

Xorvatiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının sabiq baş məşqçisi Luka Pavloviçin Azərbaycanda işləmək variantı yaranıb.

Corner.az-ın məlumatına görə, bu barədə 58 yaşlı mütəxəssisin özü Moldova mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın U-18 yığmasının sükanı arxasına keçə bilərmiş, lakin alınmayıb. Pavloviç təklifin nə vaxt gəldiyini və təyinatın hansı səbəbdən baş tutmadığını açıqlamayıb.

Qeyd edək ki, hazırda bu yaş qrupu üzrə milliyə Miloş Velebit başçılıq edir.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu