8 may 2026. Cümə

Azərbaycan millisi ev oyunlarını Sumqayıtda keçirəcək


Azərbaycan millisi ev oyunlarını Sumqayıtda keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri bəlli olub.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtda “Kapital Bank Arena”da baş tutacaq.

Qeyd edək ki, U-21 oktyabrın 8-də Finlandiyanı, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək. Komanda sentyabrın 2-də Xorvatiyanın, beş gün sonra isə Avstriyanın qonağı olacaq.







Milli komanda