29 iyun 2026. Bazar ertəsi

Azərbaycan millisinin hazırlıq planı açıqlanıb


Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

 Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb.

Corner.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq yığmamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq. 

Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. 

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi