- Milli komanda
- 21:52 14.10.2024
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib.
Yığma 22 - 29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
N. | AD / SOYAD | KLUB |
1 | Nicat Mehbalıyev | Qəbələ |
2 | Rüstəm Samiqullin | Sabah |
3 | Əkpər Vəliyev | Keşlə |
4 | Rauf Hüseynli | Zirə |
5 | Arsen Ağcabəyov | Sabah |
6 | Rüfət Əhmədov | Qəbələ |
7 | Bəşir Ayralov | Zaqatala |
8 | Cəlal Hüseynov | Zirə |
9 | Mert Çelik | Neftçi |
10 | Elçin Mustafayev | Keşlə |
11 | Səbuhi Abdullazadə | Sumqayıt |
12 | Asim Əlizadə | Neftçi |
13 | Şakir Seyidov | Sabah |
14 | Ədilxan Qarəhmədov | Səbail |
15 | Veysəl Rzayev | Sabah |
16 | Fərid Yusifli | Neftçi |
17 | Turan Vəlizadə | Keşlə |
18 | Rüfət Abdullazadə | Sumqayıt |
19 | Vüsal Əsgərov | Neftçi |
20 | İsmayıl Zülfüqarlı | Neftçi |
21 | Camal Cəfərov | Sabah |
22 | Kamran Quliyev | Sabah |
23 | Musa Qurbanlı | Qarabağ |
24 | İbrahim Hüseynov | Qarabağ |
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.