5 dekabr 2025. Cümə

DÇ-2022: Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI


DÇ-2022: Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI

Futbol üzrə Lüksemburq yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.

Corner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Lük Holts 25 oyunçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon

Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Loran Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa

Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Kris Filips, Dioqo Pimentel, Timote Rupil, Danel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastien Thil

Hücumçular: İvandro Borges, Moris Devill, Edvin Muratoviç, Jerson Rodrigeş.

Qeyd edək ki, Lüksemburq seçməsi sentyabrın 1-də Azərbaycan millisini qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu