5 dekabr 2025. Cümə

Canni De Byazi: Seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq


Canni De Byazi: Seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsindəki şansları dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis final mərhələsinə vəsiqə qazanmaq şanslarının olmadığını bildirib: "İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

Qeyd edək ki, A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu