20 mart 2026. Cümə

Juventus'un hücumçusu millimizə qarşı oynamayacaq


Juventus'un hücumçusu millimizə qarşı oynamayacaq

Fiorentina klubu ciddi itkiylə üzləşib.

Corner.az xəbər verir ki, İtaliya təmsilçisinin hücumçusu Marko Pjaca zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.24 yaşlı futbolçunun əməliyyat olunacağı və 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Pjaca müqaviləylə Juventus'a məxsusdur. O, mövsümün əvvəlində icarə əsasında Fiorentina klubuna keçib.

Xorvatiyalı hücumçu, AÇ-2020-nin seçmə qrup mərhələsində Xorvatiyanın Azərbaycanla qarşılaşacağı matçda iştirak etməyəcək.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.







Milli komanda