21 mart 2026. Şənbə

Meydanda əlimizdən gələni edəcəyik


Meydanda əlimizdən gələni edəcəyik

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 27 yaşlı qolkiper bu gün matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi çətin oyun gözləyir. Rəqibin heyətində güclü futbolçular var. Bu səbəbdən diqqətli oynamalıyıq. Meydanda əlimizdən gələni edəcəyik”.

Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.







Milli komanda