21 mart 2026. Şənbə

Millimiz Lüksemburqa da məğlub oldu


Millimiz Lüksemburqa da məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, ilk iki turda xal üzünə həsrət qalan Canni de Byazinin komandası üçüncü sınağında səfərdə Lüksemburq yığması ilə qarşılaşıb.

Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzmuşdu.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr

Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Lüksemburq. “Stad Lüksemburq”.







Milli komanda