21 mart 2026. Şənbə

Uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər


Uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər

"Birinci hissədə oyunumuz alınmadı, imkanlarımızdan aşağı çıxış etdik. Nəticədə fərdi səhvlərdən 2 qol buraxdıq. Fasilədə 3 dəyişikliyə əl atdıq. Bundan sonra yaxşı imkanlarımız oldu. Amma uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis start heyəti ilə bağlı suala cavab verməyin çox çətin olunduğunu bildirib: "Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdik. Amma ikinci yarıda yaxşı qol imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".







Milli komanda