22 oktyabr 2024. Çərşənbə axşamı

"Qarabağ" Ən az gəlir əldə edən klub oldu


"Qarabağ" Ən az gəlir əldə edən klub oldu

UEFA 2017/2018 mövsümündə Çempionlar Liqasının  play-off və qrup mərhələsində çıxışına görə “Qarabağ” klubuna verəcəyi vəsaitin məbləğini açıqlayıb.

Corner.az-ın qurumun rəsmi saytına istinadən xəbərinə görə, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində yer alan Qarabağın gəliri 16 milyon 819 min avrodur.

2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödənilib. “Qarabağ” İspaniya “Atletiko”su ilə həm evdə 0:0, həm də səfərdə 1:) heç-heçə etməklə əlavə 1 milyon avro götürüb.

Azərbaycan çempionuna marketinq gəlirlərindən 1 milyon 119 min avro ödənilib. Daha 2 milyon isə Çempionlar Liqasının pley-off mərhələsindəki iştirakına görə verilib.

Bununla da, “Qarabağ” qrup mərhələsi iştirakçıları arasında ən az qazanc götürən klub olub. Ən çox gəliri isə yarışın qalibi olan İspaniyanın “Real Madrid” komandası əldə edib – 88 milyon 654 min avro.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində İngiltərənin “Çelsi”(0:6, 0:4 və İtaliyanın “Roma” 1:2, 0:1 "komandalarına uduzub.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"