23 oktyabr 2024. Çərşənbə

Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı


Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Xorvatiya yığmasına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb

Corner.az xəbər verir ki, serbiyalı mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları matçı belə şərh edib:

“Qrupun aşkar favoritinə qarşı oynadıq. Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı. İlk hissədə sadə səhvlərə yol verdik, futbolçular qeyri-dəqiq ötürmələrlə yadda qaldı. Demək olar ki, rəqib ilk hissədə bizə oynamağa imkan vermədi. Məhz buna görə də, taktiki və fiziki cəhətdən daha hazırlıqlı olan Xorvatiya yığması fasiləyə kimi iki dəfə bizi məyus etdi. Lakin ikinci hissədə əvəzetmələr sayəsində hücum qurduq, topa nəzarət edə bildik. Amma təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmədik. Qarşıda bizi Avstriya millisi ilə oyun gözləyir. Ümid edirəm, Xorvatiya yığmasına qarşı görüşdə buraxdığımız səhvləri təkrarlamayacağıq”.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"