Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə sonuncu oyununu keçirib. Corner.az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə görüş 1:1 hesabı ilə yekunlaşıb
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib. Turnirin “feyr-pley” mükafatına da layiq görülən Azərbaycanın U-19 yığması yarışı 3-cü pillədə başa vurub.