15 may 2026. Cümə

AFFA-dan veteran futbolçulara rəmzi forma


AFFA-dan veteran futbolçulara rəmzi forma

1961-ci ildə Bakıda keçirilmiş Ümumittifaq Spartakiadasında çempion olmalarının və Ukraynada gənclər arasında təşkil olunmuş SSRİ çempionatında “Neftçi” komandasının heyətində gümüş medal qazanmalarının 60 illik yubileyi münasibətilə veteran futbolçular – Rafiq Batrayev, Vaqif Hüseynov və Vladimir Fyodorova AFFA tərəfindən rəmzi formalar təqdim olunub.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, veteran futbolçuların hər birinə Azərbaycan milli komandasının rəmzi olaraq “60” yazılmış formaları təqdim olunub.







Milli komanda