5 dekabr 2025. Cümə

Bu, bizi həyəcanlandırır – Azərbaycan millisinin baş məşqçisi


Bu, bizi həyəcanlandırır – Azərbaycan millisinin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələ oyunları öncəsi FİFA-nın saytına açıqlama verib.

Corner.az xəbər verir ki, 34 yaşlı mütəxəssis, E qrupunda yer alan Danimarka və Rusiya yığmalarının son illərdə nəyə qadir olduqlarını göstərdiklərini deyib:

“Qrupumuzda fərqli regionlardan yığmalar var. Bu, bizi həyəcanlandırır. Çünki evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, çox şey öyrənəcəyik.

Digər rəqiblər – Bosniya və Herseqovina, Malta və Monteneqro da eyni dərəcədə təcrübəlidir. Qarşıdakı oyunlardan böyük təcrübə toplayacağıq ki, bu da çox yaxşıdır, komandamız üçün vacibdir. İkinci önəmli məqam futbolçularımızın digər oyunçularla ünsiyyət qura bilmələridir”.

Azərbaycan millisi qrupdakı ilk matçını sentyabrın 17-də, səfərdə Rusiyaya qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu