30 iyun 2026. Çərşənbə axşamı

DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı


DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.

Corner.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ilk sınağında səfərdə Rusiya yığmasının qonağı olub. Moskvada oynanılan qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb.

DÇ-2023, seçmə mərhələ

Rusiya 2-0 Azərbaycan

Qollar: 42 dəq, Marina Fyodorova, 75 dəq, Nelli Korovkina

Qeyd edək ki, bu qrupun digər oyunlarında Danimarka Maltanı 7:0, Monteneqro isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi