5 dekabr 2025. Cümə

Azərbaycan millisi Danimarkaya da uduzdu


Azərbaycan millisi Danimarkaya da uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka millisi ilə qarşılaşıb.

Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi görüş yığmamızın biabırçı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya məğlub olmuşdu – 0:2.

Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 sentyabr

Azərbaycan – Danimarka 0:8
Qol: Siqne Bruun, 3; 62. Stine Larsen, 11; 26; 60. Manə Mollayeva, 43-öz qapısına. Mille Qeyl, 75. Emma Snerl, 76.
Baş hakim: Zuzana Valentova (Slovakiya).







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu