- Milli komanda
- 14:00 14.11.2024
21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinə Azərbaycan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün cəzalı futbolçu çağırılıb.
Corner.az-ın məlumatına görə, bu, Xorvatiyaya evdə 0:2 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuş Anssi Suhonendir. UEFA-nın 20 yaşlı yarımmüdafiəçiyə 1 və 2 oyunluq cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 8-də Azərbaycanın qonağı olacaq Finlandiya yığması 4 gün sonra Avstriyanı qəbul edəcək. İlk matçı buraxacağı dəqiqləşən Anssi Suhonenin ikinci matçda iştirakı isə sual altındadır.