- Milli komanda
- 15:22 16.03.2026
Qəbələ şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.
Corner.az xəbər verir ki, yığma “Qəbələ”nin U-16 komandası ilə qarşılaşıb. Görüş “Qəbələ”nin 5:2 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan millisinin heyətində Eltun Babazadə və Əli Nəbizadə fərqlənib.