21 mart 2026. Şənbə

De Byazi Beşiktaş'ın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir


De Byazi Beşiktaş'ın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Berkay Vardar Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Ayaks"la matçda göstərdiyi performans əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkib.

Corner.az-ın "Fotospor"a istinadən məlumatına görə, 65 yaşlı italiyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir.

Qeyd edək ki, Berkay Vardar İstanbul təmsilçisinin heyətində Niderlandda "Ayaks"a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.







Milli komanda