21 mart 2026. Şənbə

Azərbaycan millisindən Albaniya ilə heç-heçə


Azərbaycan millisindən Albaniya ilə heç-heçə

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Corner.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla məğlub olub.

Avropa çempionatı, qızlar

28 sentyabr

Azərbaycan U-17 – Albaniya U-17 3:3
Qol: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.
Baş hakim: Marina Krupskaya (Rusiya)







Milli komanda