21 mart 2026. Şənbə

Azərbaycan millisi qarşıdakı iki oyunun hazırlıqlarına başlayıb


Azərbaycan millisi qarşıdakı iki oyunun hazırlıqlarına başlayıb

Azərbaycan milli komandası İrlandiya və Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, Mərdəkanda yerləşən təlim-məşq bazasında məskunlaşan yığma hazırlıqlarını "Dalğa Arena"da keçəcək.

AFFA rəsmisi legionerlərin sabah komandaya qoşulacağını bildirib və heyətdə hansısa problemin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.(report)







Milli komanda