5 dekabr 2025. Cümə

Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salınıb


Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salınıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu