- Milli komanda
- 19:00 02.12.2025
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Corner.az xəbər verir ki, milli komandamız Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələdə keçirilən oyunda qalib müəyyənləşməyib. Komandalar meydandan hərəyə 1 qolla ayrılıblar. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.
Oktyabrın 11-də bu komandalar arasında növbəti yoxlama oyunu keçiriləcək.
Yoxlama oyunu
8 oktyabr
Azərbaycan – Qırğızıstan 1:1