5 dekabr 2025. Cümə

Millimizdən Finlandiya ilə heç-heçə


Millimizdən Finlandiya ilə heç-heçə

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Finlandiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma Sumqayıt şəhər stadionunda baş tutub. 

Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan 21 yaşlılarımız ilk xal və ilk qol üçün meydana çıxıb.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma yığmamız son dəqiqələrdə buraxılan topun əvəzini çıxmağı bacarıblar. Beləcə, bu qarşılaşma da qalib müəyyənləşməyib

Qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
8 oktyabr

Azərbaycan – Finlandiya 1:1
Qol: R.Hüseynli, 86 – D.Hakans, 75.
Baş hakim: Viktor Şimuşik (Belarus).







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu