5 dekabr 2025. Cümə

Daha bir futbolçu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı


Daha bir futbolçu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

Azərbaycan millisinin daha bir futbolçusu Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda çıxış etməyəcək.

Corner.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi "Qəbələ" klubundan yığmaya cəlb edilən Rövlan Muradovu "23-lüy"ə daxil etməyib.

Bundan əlavə, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli və Bakıda zədələndikdən sonra düşərgədən ayrılan Bəhlul Mustafazadə komandanın oyununu buraxacaq.

Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu