21 mart 2026. Şənbə

AFFA Mahir Emreli ilə bağlı məlumat yaydı


AFFA Mahir Emreli ilə bağlı məlumat yaydı

AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı UEFA-nı məlumatlandırıb.

Corner.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən xəbərinə görə, hücumçunun son 24 saat ərzində COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı Avropa futbol qurumuna məlumat verilib.

Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin bugünkü seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb.







Milli komanda