23 oktyabr 2024. Çərşənbə

U-21 yığmamız Xorvatiya ilə bacarmadı


U-21 yığmamız Xorvatiya ilə bacarmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə qarşılaşıb

Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan bu görüşü Çexiyadan olan FİFA referisi Andrey Berka idarə edib.

Görüş millimiz 1:5 hesabı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya (0:2) və Avstriyaya (0:6) məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə (1:1) etmişdi. 

Qrupun digər matçlarında Norveç Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabıyla məğlub edib.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
12 oktyabr

Azərbaycan – Xorvatiya 1:5
Qol: M.Qurbanlı, 55-pen – R.Şimiç, 9; 13; 44-pen. N.Soldo, 25. D.Çolina, 81.
Qırmızı vərəqə: T.Vəlizadə, 70.
Baş hakim: Andrey Berka (Çexiya).
Sumqayıt. “Kapital Bank Arena”.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"