23 noyabr 2024. Şənbə

İkinci hissədə başa düşdük ki, öz meydanımızda oynayırıq – Obradoviç


İkinci hissədə başa düşdük ki, öz meydanımızda oynayırıq – Obradoviç
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, serbiyalı mütəxəssis, 1:5 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Danışmağa çox şey yoxdur. İlk hissədə meydanda yox idik. Hərəkət yox idi və 3 qol da standart vəziyyətdən buraxıldı. İkinci hissədə meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Öz potensialımızı hər oyun göstərməliyik. Xorvatiyanın bütün imkanları qolla nəticələndi. İkinci hissədə başa düşdük ki, öz meydanımızdayıq, oynamalıyıq. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Səbrli olmalıyıq.
 
- Nə qədər səbr etmək lazımdır?
- 3 məşq edib, oyuna çıxırıq. Mənim cavabım budur. Mən 3 günə nə edə bilərəm? Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur.
 
- Kapitan Rauf Hüseynli nə üçün ehtiyatda qaldı?
- Məndə kimin nə qədər oynadığına dair statistika var. Futbolçuların oyuna necə hazır olmasına baxıram. Uşaqlar çox istəklidir. Lakin fiziki göstəricilərə görə oynaması çətin olan futbolçular var.
 
- Canni De Byazi də futbolçuların fiziki cəhətdən çatdırmadığını deyir. Bəlkə, birləşib bir yol göstərəsiz?
- Hər həftə oynamalıdırlar. 3 gündən bir oynamalıdırlar. Mən heyətə ən yaxşılarını seçirəm. Demək olar ki, çox futbolçu öz komandasında kifayət qədər oynamır. Baxın, son 2 ildə əsas milliyə nə qədər futbolçu vermişik. Bu heyətdən də azı 2-3 futbolçu gələcək illərdə əsas yığmada olacaq.
 
- Bu futbolçular gələcəkdə Azərbaycanı beynəlxalq arenada nə cür təmsil edəcək? Potensialları varmı?
- Futbolçuların fiziki hazırlığı artmalıdır. Daha çox çalışmalıdırlar. Bir addım irəli gedib, yenidən dala qayıdırıq. Bu da fiziki hazırlıqla bağlıdır. Uşaqlar da çatdırmır. Fiziki durumun yaxşı olsa, istənilən komandaya qarşı oynamaq olar. Çox çalışmaq lazımdır.
 
- Son zamanlarda çempionatda limit məsələsi gündəmdədir. Sizcə, limit Azərbaycan futboluna lazımdırmı?
- Bu, mənə veriləcək sual deyil. Limit Azərbaycan futbolunun inkişafı üçün tətbiq olunub. Limit olmasaydı, mən kimləri seçərdim? Limit olmasaydı, bizim ümumiyyətlə, futbolçu seçimimiz olmayacaqdı. Limit olmasaydı, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Ömər Buludov, Musa Qurbanlı kimi futbolçular da üzə çıxmazdı. Serbiyada klublar yarışır ki, görək, ən gənc oyunçunu kim oynadacaq. Klublar gəncləri çıxarıb, pul qazanmağı düşünürlər. Amma burada vəziyyət fərqlidir. Mən limitin 1 deyil, 2 olmasını istəmişdim. Belə olsaydı, klubların akademiyaları daha çox çalışardı. Bu tip suallar məndən sonra da olacaq. Burada olacağım müddətdə çalışacağam ki, limit sayı artırılsın. Bu, bizim gələcəyimizdir.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi