30 yanvar 2026. Cümə

Qısa zamanda komanda yaratmaq asan deyil - De Byazi


Qısa zamanda komanda yaratmaq asan deyil - De Byazi

"Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya 1:3 hesabı ilə məğlub olduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qısa zamanda komanda yaratmaq asan deyil: "Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın olması işimizi daha da çətinə salır".(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu