- Milli komanda
- 14:00 14.11.2024
"İkinci hissəyə də müdafiədə yaxşı başlayacağımızı ümid edirdim. Amma Serbiya bizdən daha güclü idi".
Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə məğlub olduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Radio Bruno"ya açıqlamasında deyib.
İtaliyalı mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib: "Bütün futbolçular bacarıqlarının 100 faizini ortaya qoydu. Təəssüf ki, istəyimiz baş tutmadı".
65 yaşlı baş məşqçi rəqibin heyətində dubl edən Duşan Vlahoviçin fiziki cəhətdən güclü və texnikalı oyunçu olduğunu vurğulayıb: "Onu saxlamaq çox çətindir. Mənə yaşından daha yetkin görünür. Amma bugünkü futbolu şərh etmək çətindir. Keçmişin romantikası artıq yoxdur. Böyük klublara getsə, əminəm ki, daha yaxşı olacaq. Hər top uğrunda mübarizə aparır. Böyük karyera qura bilər".
Qeyd edək ki, Duşan Vlahoviç 30 və 53-cü dəqiqələrdə Azərbaycan millisinin qapısına qol vurub. 21 yaşlı forvard ilk qolu penaltidən vurub.