- Milli komanda
- 14:00 14.11.2024
Qadınlardan ibarət Azərbaycan milli komandasının səfərdə Monteneqroya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Corner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 21-də Podqoritsada keçiriləcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kristina Georgievaya Yekaterina Marinova və Pavleta Raşkova yan xətt, Kristiyana Quteva isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.