30 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşdi


Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.

Corner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq. 







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi