21 mart 2026. Şənbə

Millimizin üzvü koronavirusa yoluxdu, heyətdən çıxarıldı


Millimizin üzvü koronavirusa yoluxdu, heyətdən çıxarıldı
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nərgiz Hacıyeva koronavirusa yoluxub. Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, “Hakkarigücü" klubunun üzvü olan Nərgiz Hacıyevanın Türkiyədə verdiyi COVID-19 testi pozitiv nəticələnib.
 
Bu üzdən də o, Azərbaycan milli komandasının oktyabrın 21-də səfərdə Monteneqro, oktyabrın 26-da isə Bakıda Malta komandalarına qarşı oyunlar üçün açıqlanmış heyətindən çıxarılıb.






Milli komanda