21 mart 2026. Şənbə

Azərbaycan millisi darmadağın oldu


Azərbaycan millisi darmadağın oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Corner.az xəbər verir ki, yığma komanda Norveç yığması ilə üz-üzə gəlib. İtaliyada keçirilən qarşılaşma Azərbaycan millisinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:7.

Avropa çempionatı, seçmə mərhələ, 1-ci tur

20 oktyabr

Norveç – Azərbaycan 7:0
Qol: 
Sinne Bronstad, 1; 26-pen. Katinka Tandberq, 35. Kristina Svandal, 74; 80. Julie Aune Jorde, 78. İris Omarsdottir, 83-pen.
Baş hakim: Luiza Tompson (Şimali İrlandiya)







Milli komanda