Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Corner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində Monteneqro millisi ilə üz-üzə gəlib. Komandamız bu oyunda da məğlubiyyətlə üzləşib.
Azərbaycan millisi yer aldığı E qrupunda 0 xalla qrup sonuncusudur.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 oktyabr
Monteneqro – Azərbaycan 2:0
Qol: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan).